Cəmiyyət 

“Azəriqaz” sədri: “Gecə klubundakı partlayışdan sonra monitorinq qrupu təşkil edilib”

“Gecə klubunda baş verən hadisədən sonra FHN, Energetika Nazirliyinin və SOCAR “Azəriqaz” İB-nin birgə monitorinq qrupu təşkil olunub”.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev “Facebook” səhifəsində canlı yayımda məlumat verib.

O bildirib ki, monitorinq qrupları qanunsuz qoşulmaların təftişi ilə məşğul olurlar:

“Belə ki, zirzəmilərdə, yaşayış binalarının birinci mərtəbələrində fəaliyyət göstərən obyektlərin təftişi aparılır”.

Xatırladaq ki, aprelin 3-də saat 03 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dörd nəfər isə dünyasını dəyişib.

Daha çox xəbərlər