Gündəm 

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100,1 faiz təşkil edib

Cari ilin mart ayında əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100,1 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 100,7 faiz, heyvandarlıq məhsulları üzrə 99,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin fevral ayı ilə müqayisədə meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi 100,8 faiz olub.

Daha çox xəbərlər