Region Xəbərləri 

Artıq Xankəndi Zəfərimizin ayaq səslərini eşidirik…

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 aprel 2022-ci il tarixdə Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşü keçirilmişdir. Görüş başlamazdan öncə erməni tərəfində hələdə, ümidlə fikirləşirdilərki yeni nəsə güzəşt əldə edəcəklər. Lakin ötən illər ərzində Azərbaycan Respublikası həm hərbi arsenalını, həm də diplomatiya arsenalını durmadan gücləndirdiyi artıq bütün dünyaya məlumdur. 44 günlük Dəmir Yumruq əməliyyatını mükəmməl idarə edən Müzəffər Ali Baş Komandan danışıqlar masasında da ermənistan diplomatiyasının başına Dəmir Yumruqla zərbə endirdi. Müasir dünyada dövlətlərin taleyi onun liderləri ilə birbaşa bağlıdır. Azərbaycan Cənab İlham Əliyevin lideriyi ilə təkcə regionda deyil, artıq dünyada lider mövqeyə sahib bir dövlətə çevrilib. Qurucusu Ulu Öndər Heydər Əliyev olan müasir Azərbaycan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qloballaşan dünyada müstəqil daxili və xarici siyasi kursu olan bir neçə dövlətdən biridir. İstər regionun güc balansında, istərsə də dünyanın güc balansında Azərbayacan mühüm yer tutur. Siyasətə aid unikal bir kitab yazılacaqsa onu mütləq Azərbaycanın Ali Baş Komandanı Cənab İlham Əliyev yazmalıdır. İlham Əliyev bir dünya lideridir.
Bürüssel görüşü – 44 günlük Vətən Müharibəsi dövründə Cənab Prezident dünyanın bir çox media qurumlarına verdiyi müsahibələrdə Azərbaycanın haqlı mübarizəsini, haqq savaşımızı bütün dünyaya açıq və aydın şəkildə çatdırdı. Dünyanın öndə gələn dövlətlərinə Azərbaycanla hədə-qorxu dilində heç kəsin danışa bilməyəcəyini tam şəkildə başa saldı. Cənab Prezidentin müsahibələri zamanı dediyi fikirlər hərb meydanında qələbəmizin danışıqlar masasında təsdiqi idi. Məhz Bürüssel görüşündə də artıq Avropanın da Azərbaycanla hesablaşdığı və onun liderinin Azərbaycanın Milli maraqlarını hər şeydən üstün tutduğunu bir daha göstərdi. Avropa İttifaqının Prezidenti Şarl Mişelin sözlərini ehtiyyatla seçdiyi aydın sezilirdi. Bürüssel görüşündən bir qədər əvvəl Azərbaycan ordusunun Fərrux dağında keçirdiyi təhlükəsizlik əməliyyatı zamanı Azərbaycanın qətiyyətli mövqeyi, Avropanın atacağı addımları bir daha gözdən keçirməsinə səbəb oldu. Eyni zamanda Bürüssel görüşü Azərbayacnın öz ərazi bütövlüyündə heç bir güzəştə getməyəcəyini bir daha sübut etdi. Bir sözlə Bürüsseldə də masadan qalib qalxan Azərbaycandır.
YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə rayon Şəhid A.Tağıyev adına Məmmədli kənd tam orta məktəbin direktoru-Elçin Cəfərli

Daha çox xəbərlər