Bərdədə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibi müəyyənləşib
Bərdədə keçirilən “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibi müəyyənləşib.
ARANTV.AZ xəbər verir ki, Kələntərli kənd tam orta məktəbdə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən komandalar mübarizə aparıb. Yarışda Yeni Daşkənd kənd tam orta məktəbin komandası birinci, Qaradırnaq kənd tam orta məktəbin komandası ikinci, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin komandası üçüncü yerə layiq görülüb.
Qalib komandalara Bərdə Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub. Birinci yeri tutmuş Yeni Daşkənd kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun zona birinciliyində Bərdə rayonunu təmsil edəcək.






