Xərçəngdən vəfat edən Azad Rəhimova qəbirüstü abidə ucaldıldı
Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun qəbiüstü abidəsi hazırlanıb.
ARANTV.AZ xəbər verir ki, “Unikal”ın məlumatına görə, hələlik baş daşına mərhum nazirin adı yazılmasa da, büstü artıq yerləşdirilib.
Qeyd edək ki, Azad Rəhimov ötən ilin aprel ayında ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib. Xatırladaq ki, o, İkinci Fəxri Xiyabanda dəfn olunub.


