Region Xəbərləri 

Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadir Japarovun 20 aprel tarixli birgə bəyanatı

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qirgiz Respublikasının Prezidenti Sadır Japarov mətbuata bayanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib. İlk növbədə o Sadır Japarovu səmimi qəlbdən salamlamış və ölkəmizdə olduğundan məmnun olduğunu bildirmişdir. Onunla ötən ilin sonunda görüşdüyünü bildirmiş və ölkəmizə dəvət etmişdir. Bunu dostluq və qardaşlıq münasibəti kimi qiymətləndirmişdir. Bu gün bizim münasibətlərimiz geniş və keyfiyyətli münasibətə çatıb. On sənəd imzalanıb və onların ikisinin-Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamışdır. Beynəlxalq sahəyə gəlincə deməliyəm ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.
Ticarət-iqtisadi sahələrdən, nəqliyyat sahələrindən və Şərq-Qərb nəqliyyat dəhlizindən geniş söhbət açılmışdır. Eyni zamanda Prezident bildirmişdir ki, Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırgızstana təşəkkürünü bildirmişdir. Eyni zamanda Prezident bildirmişdir ki, bundan sora da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətinə
konkret nəticələrə nail olacağıq. Prezident Qırğızıstan Prezidentinə dəvəti qəbul edib, ölkəmizdə səfərdə olduğuna görə bir daha təşəkkürünü bildirmişdir.
Sonra Qırğızstan Prezidenti Sadır Japarov bəyanatla çıxış edib. O,əvvəlcə Prezident İlham Əliyevə və Azərbaycan xalqına ənənəvi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib. O, Azərbaycanla dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir. Bildirmişdir ki, bu etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı. Bu gün dövlətlərarası Şuranı da təsis etdik və onun iclaslarında ölkələrimiz arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq. Bütövlükdə on mühüm sənəd və saziş, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviasiya naqiliyyatı və s. sahələrdə də geniş imkanlarımız olacaq. Qırgızistan Prezidenti bildirmişdir ki, mürəkkəb dövrlərdə güclü lider tələb olunur. Öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı və ümubəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerji arzu etmək istərdim. Biz bu dəyər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bunun üçün bizim hər cür şəraitimiz var.
Teymur Həmidov- YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə şəhər Şəhid A.Mustafayev adına 5 nömrəli tam orta məktəbin direktoru.

Daha çox xəbərlər