Region Xəbərləri 

Şəhid ailələri hər zaman onlara göstərilən yüksək diqqət və qayğıdan öz məmnunluqlarını ifadə etmişlər.

Bu günlərdə Bərdə rayon ” 43 nömrəli Yol İstismar MMC” tərəfindən rayonunun “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi Polkovnik- leytenant Qənbərov Mehman Nəriman oğlunun ailəsinin köçdüyü yeni evə gedən yol asfaltlanmışdır.
Qeyd edək ki, “43 saylı Yol İstismar MMC” -nin rəisi, partiya fəalı İlham Əzimov və onun komandası rayonun bir çox Vətən müharibəsi şəhidlərinin evinin həyətinə və onlara gedən yola asfalt örtük çəkmişlər.
YAP Bərdə rayon təşkilatının “43 nömrəli Yol İstismar MMC” ərazi ilk partiya sədri İlham Əzimov və təşkilatın üzvləri hər zaman şəhid ailələrinə partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində göstərdikləri yüksək diqqət və qayğını təcəssüm etdirmişlər.
Şəhid ailələri hər zaman onlara göstərilən yüksək diqqət və qayğıdan öz məmnunluqlarını ifadə etmişlər.

Daha çox xəbərlər