Region Xəbərləri 

Azərbaycan Qırğızstan münasibətləri keyfiyyətlə yeni səviyyəyə çatıb

Azərbaycan və Qırğızstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə mədəniyyətə qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.Bu iki ölkə arasında hələ 1993- cü ildən diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan və Qırğızıstan arasında davam edən bu münasibət bugünkü dövrümüzdə də yüksək səviyyəyə çatmışdır. Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 20-də Azərbaycana rəsmi səfər etmiş və ölkəmizin işgüzar dairələrinin nümayəndələri ilə görüşmüdür. Qırğız Respublikasının Prezidenti Sadır Japarov səfəri zamanı ortaq
tarixi dəyərləri ,dil və mədəni bağlılıqlıarı olan ölkələrimizin müxtəlif istiqamətlər üzrə münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb,Azəbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edib. Prezident ölkəsində investisiyaların cəlb olunmas,sahibkarlığın
dəstəklənməsi ,yeni texnologiyalar ,turizm, kənd təsərrüfatı və.s istiqamətlərdə görülən işlər barədə danışıb ,Azərbaycan və Qırğızıstanın biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında keçirilmiş görüşdə tərəfdaşlığın inkişaf etdiriliməsinin əhəmiyyəti vurğulanıb və dövlətlərimizin arasında mühüm sənədlər imzalanıb.Bütün bunlar ölkələrimiz arasında əlaqələrin olduğu yüksək səviyyədə inkişafına xidmət edəcək. Keçirilən tədbir çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbaov Azərbaycanda pandemiyanın təsirlərinin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər,əlverişli biznes və investisiya mühiti sahibkarlara ,dəstək
mexanizimləri , azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri barədə ətraflı məlumat verib. Görüşdə sahibkarların sualları cavablandırılıb ,işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.Eyni zamanda Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsümü Qırğızstan dəstəkləmişdir.

Daha çox xəbərlər