Gündəm 

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı dinamik şəkildə artıb

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı dinamik şəkildə artıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

Onun sözlərinə görə, istehsaal sektoru dörd dəfə, kənd təsərrüfatı iki dəfə artıb. Həmçinin, onilliklər ərzində dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin təşviqi, investisiya potensialının artırılması üçün bir sıra işlər görülüb.

“Azərbaycan iqtisadiyyatının qarşılaşdığı mənfi fəsadlara baxmayaraq bu gün biz iqtisadi artımı sürətləndirən addımlar atmaqda davam edirik”, – deyə o bildirib.

Nazir qeyd edib ki, iqtisadiyyatın inkişafı kiçik və orta biznesin inkişafı ilə sıx bağlıdır.

“2021-ci illə müqayisədə 2022-ci ildə iqtisadiyyat, valyuta ehtiyatlarının və digər makroiqtisadi göstəricilər dinamik artım nümayiş etdirir”, – M.Cabbarov deyib.

O bildirib ki, hökumət kiçik və orta biznesə dəstək məqsədilə biznesin xaricə çıxışınn sadələşdirilməsi üçün şərait yaradır.

“Burada söhbət yerli istehsal çeşidlərinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və digər tədbirlərdən gedir”, – nazir bildirib.

Daha çox xəbərlər