Region Xəbərləri 

Bərdədə “Regionlarda Sosial İşin Təşviqi” layihəsi həyata keçirilib. 

Layihənin icrası Fevral-Aprel aylarında baş tutub. Bərdə və Ağdamdan ümumilikdə 14 nəfər gəncin cəlb olunduğu layihə çərçivəsində 5 günlük təlimlər keçirilib. Sosial İşçi və təlimçi Sənubər Heydərovanın apardığı təlimlərdə gənclərə sosial iş nədir, nə üçün lazımdır, sosial işçinin hüquq və vəzifələri, sosial işçi üçün etik dəyərlər və s. öyrədilib, qrup və fərdi işlər və yekun qiymətləndirmə ilə layihə yekunlaşdırılıb. Sonda isə gənclər sertifikatla təltif olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi bölgələrdə, xüsusilə müharibədən zərər görən rayon və kəndlərdə ortaya çıxan sosial işçi kadr çatışmazlığını aradan qaldırmaqdır.

Daha çox xəbərlər