Sağlam qidalanmanın ilk addımı günə səhər yeməyi ilə başlamaqdır
Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına səbəb olur. Aparılmış tədqiqatlar göstərib ki, səhər yeməyindən imtina edənlərdə çəki artımı daha çox olur. Mütəxəssislər hesab edir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqət və yaddaşı yaxşılaşdırır.
ARANTV.AZ Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, sağlam qidalanmanın ilk addımı günə səhər yeməyi ilə başlamaqdır. Səhər yeməyi uzun aclıqdan sonra düşən qan şəkərinin səviyyəsini artıraraq gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olur.

