Cəmiyyət 

Şuşa şəhəri yenidən qurulur – VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində böyük abadlıq-quruculuq işləri aparılır.

ARANTV.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, ermənilər  tərəfindən dağıdılan Şuşa yenidən qurulur, müasirləşir və şəhərin tarixi görkəmi bərpa edilir.

Bu şəhərdə işləyən hər  bir usta, hər  bir  fəhlə öz işini  böyük  həvəslə, istəklə  görür.

Şuşada  tezliklə 20-dən çox binanın tikintisinə başlanılacaq. Hazırda şəhərdə 5 ulduzlu hotel və konfrans mərkəzinin inşaası davam etdirilir.

Ərazidə söküntü materiallarının çeşidlənməsi aparılmaqla yanaşı, məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək.

Şuşaya çəkilən yeni yol isə Zəngəzur dəhlizinin magistralı ilə birləşəcək. 81 kilometr uzunluğundakı yolda 7 tunel olacaq.

 

Daha çox xəbərlər