Hadisə 

Ağır QƏZA: Maşın aşdı, üç nəfər yaralandı

Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Toğanalı kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1961-ci il təvəllüdlü N.Ələkbərova, 1972-ci il təvəllüdlü K.Yusifov və 1989-cu il təvəllüdlü E.Ələkbərov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Daha çox xəbərlər