Xalqımızın möhtəşəm zəfərlə bağlı qürur duymaq haqqıdır
Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə,
III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.
2022 – ci ilin aprel ayının 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı, Zəfər qurultayı işə başlayıb. Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.
Prezidenti İlham Əliyev çıxışında “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” deyib.
Uzun illər işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad oldu, müharibə Zəfərlə başa çatdı. Nəhayət, çoxdan gözlədiyimizə nail olduq. Bu Zəfər şəhidlərimizin canı, qahı bahasına, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyətli qərarları, iradəsi hesabına, Azərbaycan xalqının bütövlüyü, birliyi ilə əldə edildi.
Qələbədən il yarım vaxt keçməsinə baxmayaraq azad olmuş rayonlarda böyük quruculuq işləri aparılır, yollar çəkilir. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ordusu Ermənistanla sərhəddə gecə – gündüz növbə çəkir. Böyük Qayıdışa hazırlıq işləri geniş vüsət almışdır. Ölkə başçısı cənab İlham Əliyev işğaldan azad edilmiş rayonlara dəfələrlə səfər edərək nəzərdə tutulmuş obyektlərin təməlini qoymuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, bu torpaqların əsl sahibləri elə bizik, Azərbaycan xalqıdır. İşğalda qalan 30 il ərzində düşmənlər bütüb kənd və şəhərlərimizi talayıb aparmış, daşı – daş üstündə qoymamışdır. Buna baxmayaraq öz torpaqlarımıza artıq qayıtmışıq və qurub yaradırıq. İl yarım ərzində Füzulidə Beynəlxal Aeroportun iştifadəyə verilməsi, Zəfər yolunun çəkilməsi, “Ağıllı kənd” layihsinin həyata keçirilməsi, Ağdam şəhərinin tikilməsi, Şuşa şəhərinin dirçəlməsi və burada festivalların, mühüm tədbirlərin keçirilməsi və s. onu göstərir ki, bu yerlərin əsl sahibləri qayıtmışlar.
22 aprel 2022 – ci il tarixində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi və bu qurultayın Zəfər qurultayı adlandırılması Azərbaycanın tarixi qələbəsindən, düşmən üzərində əbədi qələbədən xəbər verir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı və çıxışı olduqca qürurvericidir. Prezidentin qurultaydakı çıxışı hər bir azərbaycan vətəndaşına, dünyada yaşayan hər bir azərbaycanlıya ünvanlanıb və onları birliyə səsləyir, Azərbaycanın bütün azərbaycanlıların Vətəni olduğunu bildirir. İndi biz qürurla deyə bilirik ki, Azərbaycan xalqı müzəffər xalqdı, Azərbaycan dövləti müzəffər dövlətdi. Bu torpaqlar bizim əbədi yaşayış məskənimiz olub, olur və olacaq.
İbrahimov Varaşil Cəlil oğlu
YAP Laçın rayon təşkilatı 34 saylı ərazi partiya təşkilatının sədri
Laçın rayon 7 № – li tam orta məktəbin direktoru

