Region Xəbərləri 

Goranboy rayon İcra Hakimiyyətində seminar- müşavirə keçirildi.

Goranboy rayon İcra Hakimiyyətində inzibati ərazi dairələri üzrə icra nümayəndələrin iştirakı ilə, seminar-müşavirə keçirildi. Seminarda təsərrüfatbaşına kitabların Statistika Komitəsinin elektron sisteminə (Portala) işlənilməsi vəziyyəti, nümayəndəliklərdə mövcud qanunvericiliyin tələblərinə uyğun nomenklatura üzrə sənədlərin işlənilməsi, vətəndaş müraciətlərinə həssas və operativ yanaşılması və bu sahələrdə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması, hazırda aparılan mövsümi kənd təsərrüfatı işlərinin, o cümlədən əkin sahələrinin suvarılması, çiyid və tütün səpini işləri və baramanın saxlanılması ilə bağlı kümxana və yem bazasının təmin edilməsi məsələləri geniş müzakirə edildi.

Daha çox xəbərlər