Siyasət 

Misirin Azərbaycandakı yeni səfiri Fəxri xiyabanı ziyarət edib

Misirin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohammed Naqi Abdel Hamid Fəxri xiyabanı ziyarət edib.

ARANTV.AZ  xəbər verir ki, səfir aprelin 26-da ümummilli lideri Heydər Əliyevin abidəsi qarşısına güllər qoyub, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyev Misirin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohammed Naqi Abdel Hamidin etimadnaməsini qəbul edib.

Daha çox xəbərlər