İşəgötürənlər peşələrlə bağlı ali təhsil diplomunun olmasını şərt kimi qoymasınlar
“Hazırda azad edilən ərazilərində quruculuq, bərpa işləri çox sürətlə həyata keçirilir”.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, quruculuq işlərində peşə təhsilli gənclərə çox ehtiyac olacaq: “İşəgötürənlər tələb kimi ali təhsil diplomu tələbi qoyurlar. İşəgötürənlər peşələrlə bağlı ali təhsil diplomunun olmasını şərt kimi qoymasınlar. Bu, “Peşə təhsili haqqında” qanuna da uyğun deyil”.

