Ədalətli Qələbə
Aprelin 22- də Azərbaycan Şuşada – Qarabağın ən gözəl guşələrindən birində Dünya Azərbaycanlılarının V Qurultayını keçirdi.
Xatırladaq ki, 2001- ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər Heydər Əliyev çıxışında demişdir: “ Biz Şuşaya qayıdacağıq, Biz Qarabağa qayıdacağıq” .
Bəli , bu gerçəyə çevrildi.Qalib Azərbaycan xalqı Şuşaya Zəfərlə gəldi və Azad Şuşada Zəfər qurultayı keçirdi.
Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər.
Qarabağ münaqişəsində başlıca amil həm Azərbaycanda və həm də xaricdə yaşıyan Azərbaycan vətəndaşları, dünya azərbaycanlılarının həmrəy olması bir hədəfə çatmaq üçün çalışırdıq.
Biz bu tarixi Qələbəyə öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya bəyan etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq məğlub ola bilməz.
Münaqişənin 30 il davam etməsinin əsas səbəbi bizim Qalib ölkənin Qalib prezidenti olan cənab İlham Əliyevin münaqişəni sülh yolu İlə həll etmək istəməsi idi.
Beynəlxalq hüququn norma və prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi. Dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən və haqq-ədalətə söykənən qərar və qətnamələr qəbul etmişlər. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyildi.
Xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi Qələbəni tezləşdirdi. Xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdi, eyni zamanda, öz çıxışlarında, öz şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığı ölkələrin ictimaiyyətinə çatdırırdıq.Biz şəhidlərin qanını yerdə qoymadıq.Onların qisasını düşməndən döyüş meydanında aldıq.
Bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir. Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. Beləliklə, biz müharibəni hərbi-siyasi yollarla həll etdik.
münaqişəyə son qoyan Azərbaycan əsgəri oldu, qəhrəman Azərbaycan əsgəri. Müharibənin son hadisələri məhz Şuşada baş vermişdi. Burada bir dənə də salamat tarixi bina qalmamışdır.Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, saraylarımızı sökmüşdülər, yalnız Şuşanı deyil Qarabağın bütün şəhərlərini viran qoymuşlar.Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər.
Beynəlxalq təşkilatlar – məsələn, sədrlik etdiyimiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. İndi qonşu ölkələr 3+3 formatda beş ölkə hazırda əməkdaşlıq formatı yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər.Amma müsbət məqamlara baxmayaraq, hər birimiz- həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. İndi böyük bir fəxr hissi ilə bütün Dünya Azərbaycanlıları Azad Şuşaya gəldi və öz Zəfər Qurultayını döğma Şuşada keçirdi.
Ağdaş Regional Mədəniyyət İdarəsi Ucar rayonu üzrə nümayəndəsi – Alı Babayev

