Gündəm 

Fransanın “Şərq tərəfdaşlığı” məsələləri üzrə səfiri Bakıya gələcək

Fransanın Aİ “Şərq tərəfdaşlığı” məsələləri üzrə səfiri Bris Rokföy Bakıya rəsmi səfər edəcək.

Trend bu barədə Fransa Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Fransa bir müddət əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutmuş telefon danışığını, eləcə də sərhəd məsələləri ilə bağlı ikitərəfli komissiyanın çağırılması və sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək qərarını alqışlayır.

“Fransa bundan sonra da bu prosesə dəstək göstərəcək. Fransanın Aİ “Şərq tərəfdaşlığı” məsələləri üzrə səfiri Bris Rokföy gələn həftə Bakıya yola düşəcək və aprelin 11-də İrəvana səfərinin davamı qismində danışıqlar prosesinin monitorinqini davam etdirəcək”, – məlumatda deyilir.

Daha çox xəbərlər