Hadisə 

Lökbatan yolunda ağır QƏZA: Nəqliyyatın hərəkətində sıxlıq yarandı – VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, qəza Qaradağ rayonu ərazisində, Lökbatan yolunda olub.

Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Bu səbəbdən yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Yaranan sıxlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Daha çox xəbərlər