Azərbaycanlı qardaşlarımızı dəstəkləməyə davam edirik – Hulusi Akar
Biz azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə vahid yumruqla dəstəkləməyə davam edirik.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusu Akar deyib.”Egey dənizində, Aralıq dənizində, Kiprdə, Liviyada və Azərbaycanda qardaş və dostlarımızın, o cümlədən bizim hüquq və mənafelərimizin reallaşması davam edir. Biz həmişə qonşu Yunanıstana və digər ölkələrə dostluq, beynəlxalq hüquq və dialoq tərəfdarı olduğumuzu deyirik”, – deyə H.Akar bildirib.

