Siyasət 

Xavyer Kolomina Azərbaycana gəlir

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina aprelin 28-də Azərbaycana gələcək.

NATO-dan cümə axşamı Trend-ə verilən məlumata görə, bu səfər NATO rəsmilərinin Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri ilə müntəzəm məsləhətləşmələrinin bir hissəsi olacaq:”X.Kolomina artıq Ermənistana səfər edib, orada Ermənistan rəsmiləri ilə görüşüb. O, hazırda Gürcüstandadır və orada bu ölkənin rəsmiləri, deputatlar, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri planlaşdırılıb. Kolomina Aprelin 28-də Bakıya gələcək. Bakıda onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulub”, – NATO-dan bildiriblər.

Daha çox xəbərlər