Siyasət 

“Minsk qrupunun işi hər hansı bir nəticə vermədi”

ATƏT Minsk qrupunun işi Ermənistanla münaqişənin sülh yolu tənzimlənməsində heç bir nəticə vermədi.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, 30 il Minsk qrupu çərçivəsində gedən danışıqlar Cənubi Qafqazda sülhə gətirib çıxarmadı.

“Azərbaycan hər zaman sülh tənzimlənməsinə can atıb və tarixin bu səhifəsini çevirmək istəyir”, – deyə o bildirib.

Daha çox xəbərlər