Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu
Bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində Ak.Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə “Zərifə Əliyeva ömründə Heydər Əliyev işığı”adlı tədbir keçirilmişdir. Mərkəzin direktoru Arifət Əhmədova Mərkəzin ekspozisiya zalında əks olunan ailə stendindəki şəkillərin tarixçəsi haqqında məlumat verdikdən sonra Ak.Zərifə Əliyevanın həyat yolu haqqında çıxış etmişdir.O bildirmişdir ki , Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.Zərifə xanım Əliyeva geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanıb, bu fədakar alimin həyat və yaradıcılığı hər bir Azərbaycan vətəndaşı, bütün elm adamları və tibb işçiləri üçün həyat və mənəviyyat, kamillik, müdriklik məktəbidir.Sonra Ak.Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin müəllimi Nərgiz Ələkbərova çıxış edərək qeyd etmişdir ki , Respublikanın birinci şəxsinin həyat yoldaşı olmaq da məsuliyyətli idi, Zərifə xanımın üzərinə ictimai vəzifələr qoyurdu. Lakin bu problemdə də Zərifə xanım davamlı bir mövqe tutdu və Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməzdən əvvəlki həyat prinsiplərini dəyişməz olaraq saxladı: ailənin sabitliyini qorumaq, uşaqların problemlərinin atanı narahat etməməsinə çalışmaq. O, buna ustalıqla nail olurdu, cəmiyyətdə, dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini davam etdirməyə çalışırdı. Daha sonra Mərkəzin elmi işçisi Türkan Şadlinskaya çıxış edərək bildirdi ki , Zərifə xanım Əliyeva yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirirdi.Sonra Ak.Zərifə Əliyeva adına texjiki təmayüllü məktəb -liseyin tarix müəllimi Sevda Fərzəliyeva çıxış etdi. Tədbirin yekununda qonaqlar Zərifə Əliyevanın həyatına aid filmə tamaşa etdilər.






