Cəmiyyət 

Bayram namazı bu tarixdə qılınacaq – AÇIQLAMA

Artıq mübarək Ramazan ayının sonuna gəlib çatırıq. Qarşıdan isə Ramazan bayramı gəlir. Bəs bayram namazı nə vaxt qılınacaq?

Məsələ ilə bağlı Sonxeber.az-a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevə açıqlama verib.

O bildirib ki, bayram namazı may ayının 2-də qılınacaq:

“Allah Mübarək Ramazan ayımızı bərəkətli eləsin, bizləri bayrama qovuşdursun.

Rəsədxanadan bizə təqdim olunan təqvimə əsasən, mayın 2-si bayram günü qeyd olunacaq. Dövlət səviyyəsində 2 və 3 may tarixləri bayram münasibətilə istirahət günü elan olunub.

Qərara əsasən, Azərbaycandakı bütün məscidlərdə bayram namazı ayın 2-də, səhər saat 9-10 arası qılına bilər. Məscid imamları bu vaxtı öz camaatına uyğun təyin edəcəklər və insanların namaza gəlişini saat 9-dan 10-a qədər təşkil edəcəklər.

Bayramınız mübarək olsun! Allah bizə neçə belə Ramazanlar nəsib etsin!”

Daha çox xəbərlər