Siyasət 

“Digər ölkələr də sülh prosesinin sürətlənməsinə təsir göstərməlidirlər”

Azərbaycan Cənubi Qafqazda sülhün qurulması üçün həm mövcud formatlarda, həm də yeni məkanlarda işləməyə hazırdır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində deyib.

“Digər ölkələr də Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətlənməsinə təsir göstərməlidir. Ermənistan ləngiməməli və özünün inkişaf imkanlarını, o cümlədən Cənubi Qafqazda sosial-iqtisadi inteqrasiya çərçivəsində imkanları əldən buraxmamalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel müzakirələri nəzərdə tutulub.

Daha çox xəbərlər