Region Xəbərləri 

Xaçmaz rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbir təşkil olunub.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova, YAP Xaçmaz Rayon Təşkilatının nümayəndələri, təhsil və səhiyyə işçiləri Zərifə xanım Əliyevanın adını daşıyan Xaçmaz şəhər 8 saylı tam orta məktəb-liseydə akademikin abidəsini ziyarət ediblər.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova çıxış edərək bildirib ki, tanınmış ziyalı nəslinin layiqli davamçısı, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir.
Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edən tədbir iştirakçıları həkimlik peşəsini vicdanla yerinə yetirən görkəmli oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, göz xəstəliklərinin qarşısının alınmasında göstərdiyi səylərə toxunmuş, onun humanist insan olduğunu diqqətə çatdımışlar.
Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Zərifə xanım Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Prezident İlham Əliyevin anasıdır.

Daha çox xəbərlər