Gündə 2 dəfə zəfəran bu xəstəliyin çarəsidir
Britaniya mətbuatı “Daily Express” alimlərin şəkər xəstələri üçün möcüzə məsləhətini açıqlayıb.
ARANTV.AZ xəbər verir ki, gündə 2 dəfə zəfəran qəbulu qanda şəkərin səviyyəsini xeyli salır. Bunun üçün zəfəranın su-spirtdə ekstraktını qəbul etmək lazımdır.
Xüsusi ekstrakt olmadıqda 1 qram zəfəranı çay kimi dəmləyib gündə 2 dəfə içmək şəkər xəstələrində acqarına şəkərin səviyyəsini salır.

