Hikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mayın 2-də Brüsseldə Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.
ARANTV.AZ xəbər verir ki, bu barədə Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib.
Onun sözlərinə görə, görüş mayın 2-də baş tutacaq.
“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman Brüsseldə ölkə liderlərinin görüş imkanını müzakirə edə bilərik”, – Armen Qriqoryan qeyd edib.

