Region Xəbərləri 

T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin məzunu, rayonun Vətən müharibəsi şəhidi çavuş Hüseynzadə Elməddin Fərman oğlunun oxuduğu sinifə onun adı verilmişdir.

Tədbir məktəbin foyesində şəhid çavuş Hüseynzadə Elməddin Fərman oğlunun xatirəsinə asılmış lövhənin açılışı ilə başlamışdır.
Sonra şəhidin oxuduğu sinifdə davam edən tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhid çavuş Hüseynzadə Elməddinin ibtidai sinif müəlliməsi Süleymanova Kəmalə Elməddinlə bağlı xatirələrindən danışmışdır. Sonra şəhid Elməddinin uşaqlıq dövründəki şəkil və videolardan hazırlanmış videoçarx izlənilmişdir.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış etmişdir. Bildirmişdir ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Tədbirdə həmçinin Təhsil şöbəsinin müdir əvəzi Ədalət İsmayılov, Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, məktəbin direktor əvəzi, “H.Əliyev Prospekti” ərazi partiya təşkilatının sədri Liza Cabbarova və şəhid anaları çıxış etmiş, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sarsılmaz xalq Ordu bilriyinin gücü ilə qazanılan böyük Qələbədən danışmış, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və ölkənin birinci Vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Daha sonra məktəblilərin hazırladıqları kompozisiya nümayiş etdirilmiş və vətənpərvərlik tədbirlərdə fərqlənən şagirdlərə fəxri fərman verilmişdir.
Tədbir çay süfrəsi arxasında davam etmişdir.

Daha çox xəbərlər