Region Xəbərləri 

Goranboyda cari ilin pambıq məhsulu üçün aparılan çiyid səpini yekunlaşdırılır.

Goranboy rayonunda kənd təsərrüfatının bir çox sahəsi kimi, pambıqçılıq da inkişaf etdirilir. Rayonda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC ilə fəaliyyət göstərir. Cari məhsul ili üçün 2561,2 ha sahədə müqavilə və şum işləri həyata keçirilmişdir. Hazırda aparılan çiyid səpini işləri yekunlaşdırılmaq üzrədir və bu günə qədər 2454 hektardan çox sahədə səpin işləri həyata keçirilmişdir.

Daha çox xəbərlər