Cəbhədən Xəbər 

Ali Baş Komandan: Azərbaycan Ordusu daha da güclənir

Digər silahlı birləşmələrimizdə islahatlar aparılır. Xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan Ordusu daha da güclənir. Bu gün bizim Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüvvətlidir.

ARANTV.AZ  xəbər verir ki, bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib.

“Mən bir daha sizi Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23-cü ildönümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Çıxışımı İkinci Qarabağ müharibəsindəki sözlərlə yekunlaşdırmaq istəyirəm: “Qarabağ Azərbaycandır!”, – deyə Ali Baş Komandandan bildirib.

Daha çox xəbərlər