Cəmiyyət 

Azərbaycanda bayram namazı nə vaxt qılınacaq? – VİDEO

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

XəzərXəbər-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Ağaseyid Yaqubov bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

“Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar”, – o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

Daha çox xəbərlər