Dünya 

Rusiyada magistral yolda qaçan dəvəquşu görənləri təəccübləndirdi – VİDEO

Rusiyada dəvəquşu magistral yolda qaçarkən görünüb.

Hadisə Nijnevartovskda qeydə alınıb.

Adətən isti ölkələrdə və ya ixtisaslaşmış təsərrüfatlarda yaşayan ekzotik quşun  şəhər küçələrində gəzişməsi görənləri təəccübləndirib.

Dəvəquşunun sənaye zonasına haradan gəldiyi dəqiq məlum deyil. Belə ki, yaxınlıqda müvafiq təsərrüfatlar yoxdur.

Mənbə: “Komsomolskaya Pravda”

Daha çox xəbərlər