Heydər Əliyev – Azərbaycanın xilaskarı
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda Muzeyi ərazi partiya təşkilatı və Yeni Azərbaycan Partiyası(YAP) Masallı rayon təşkilatın birgə səyi nəticəsində baş tutan tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 99-çu ildönümünə həsr edilmişdi. Tədbirin iştirakçıları olan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP veteranları, fəal gənclər, mədəniyyət işçiləri, məktəblilər əvvəlcə Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla anıblar .
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafında müstəsna xidmətindən danışıb, bu, dahi şəxsiyyətin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.
Tədbirdə digər natiqlər Azərbaycanın Heydər Əliyevin rəhbərliyi altında keçən uzun bir tərəqqi yolundan, Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən amillərdən, xalqa, Vətənə daim xidmət edən bu dahi şəxsiyyətin siyasi mübarizliyi, müdrikliyi, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq, milli və mədəni dəyərlərin hər zaman üstün tutması kimi tarixi örnəklərdən əhatəli söhbət açıb və onun Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə respublikamızın dinamik inkişafını, bu gün isə Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında inamla parlaq gələcəyə getdiyini əsaslı faktlarla göstəriblər .
Məktəblilərin Ulu Öndərə həsr etdikləri kompozisiya da tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


