Ötən il əhalinin 42 faizi icbari tibbi sığortadan yararlanıb
2021-ci ildə icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 faizi xidmətdən yararlanıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransında agentliyin sədri Zaur Əliyev bildirib.
Qeyd olunub ki, ötən il 4 milyondan çox pasiyent 10,3 milyon dəfə tibbi xidmətlərə müraciət edib. 23 milyona yaxın xidmət göstərilib.
Ən çox müraciət edilən xidmət növü ümumi müayinə olub.

