Siyasət 

Zəfər parkında xatirə kompleksi inşa ediləcək

Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində – Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək.

ARANTV.AZ  xəbər verir ki,  bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olarkən deyib.

Dövlət başçısı bildirib: “. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər”.

Daha çox xəbərlər