Gündəm 

Sülh bizim üçün zəruridir

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. 23 ölkədən 49 konfrans iştirakçısı bir çox məsələlərlə tanış oldular. Konfransdan bir gün əvvəl işğaldan azad olunmuş ərazilərdə olan xarici nümayəndələr erməni vandalizmi ilə tanış olmuş, Qarabağda gedən yenidənqurma işləri haqqında da məlumat əldə etmişlər. Konfransda çıxış edən Prezident İlham Əliyev bir çox məsələlərə toxundu. Bunlardan biri də “Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olmasi” haqqında idi. Prezident çıxışında güclü ordunun qurulmasi ilə yanaşı, xalq, hakimiyyət, ordu birliyindən bəhs etdi. Prezident qeyd etdi ki: Əlbəttə ki, bizə güclü ordu lazım idi. Bunun üçün isə bizə güclü iqtisadiyyat lazım idi. Hər bir şey nəticəyə hesablanaraq edilirdi – biri digərindən sonra, bəzən paralel. Bizim yeni nəslə, doğma torpaqlar naminə ölümə gedəcək nəslə ehtiyacımız var idi. Bu nəsil yetişdi. Qarabağ uğrunda şəhid olan nəslin əksəriyyəti heç vaxt Qarabağı görməmişdi. Cavan vətənpərvər nəsil yüksək motivasiyalı idi. Əlbəttə, ən önəmlisi güclü orduya sahib olmaq idi. Biz onu etdik. Prezident kimi bütün illər ərzində bu, mənim bir nömrəli məsələm idi. Ona görə də hərbi xərclərimiz digərləri ilə müqayisədə bir nömrəli idi. İkinci təhsil idi, o da öz növbəsində vacibdir. Əks təqdirdə torpaqları geri alacaq vətənpərvər insanları yetişdirmək mümkün deyil. Əlbəttə ki, yüksək motivasiya – biz onları motivasiya edirdik. Ermənistanın tərəfində kimin dayanmasından asılı olmayaraq, biz axıradək getməyə hazır idik. Biz müəyyənləşdirdik ki, Ermənistanın tərəfində olanlar çoxdur. Müharibə zamanı mən dayanmağa hazır olduğumu dəfələrlə açıq şəkildə demişdim: Ermənistanın baş naziri çıxmağa dair mənə nə vaxt cədvəl verərsə, – biz bu müharibəni istəmirdik, biz öz ərazimizdə döyüşürdük, – o, həmişə imtina edirdi. Lakin biz Şuşanı azad edəndən sonra o, 9 noyabrda tarixləri verməyə razılaşdı. Bundan sonra biz dayandıq. Biz əlavə olaraq döyüşmədik, çünki insanların həlak olmasını istəmirdik.

Bir faktı da qeyd edək ki, biz haqq işi, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüz uğrunda mübarizə aparmışıq. Dövlətimizin başçısının düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Ümumiyyətlə, Azərbaycan müharibə dövründə məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davranıb, mülki vətəndaşlara zərər yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Ancaq müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi.  İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, oraya 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda keçirilən mərasimə də raket atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bombalayaraq beş nəfərlik ailəni qətlə yetiriblər. Müharibənin bütün bu acı həqiqətlərinə baxmayaraq, Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda qeyd etdiyi kimi, ölkəmiz həmişə konstruktiv mövqedə olub. Çünki regionun inkişafı strateji prioritetdir. İnkişaf üçün Azərbaycanın daxilində, eləcə də sərhədlərdən kənarda sabitliyə ehtiyac var.

Beləliklə ADA Universitetində keçirilən konfransda  Azərbaycanın haqlı mübarizəsi, haqli qələbəsi xarici nümayəndələrə çatdırıldı.

Xuraman Kərimova,

Şıxarx kənd 2 saylı tam orta məktəbin direktor müavini, YAP fəalı

Daha çox xəbərlər