İrəvandakı mitinqdə 206 etirazçı saxlanıldı – YENİLƏNİB + VİDEO
İrəvanda polis çərşənbə axşamı müxalifətin mitinqləri zamanı 200-dən çox adamı saxlayıb.
Şəhərin polis idarəsindən verilən məlumata görə 206 nəfər İrəvanın polis şöbələrinə aparılıb.
Saxlanılanlar arasında ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da olub.
Onun artıq sərbəst buraxıldığı bildirlib.
Mənbə: “RİA Novosti”
11:26
Ermənistanda davam edən etirazlar fonunda “Müqavimət” hərəkatı üzvləri yenidən İrəvanın mərkəzindəki Baqramyan prospektini bağlayıblar. Hadisə yerinə gələn polislərin müdaxiləsi ilə etirazçıların bir qismi yolun hərəkət hissəsindən çıxarılıb, bir hissəsi isə saxlanılıb.
Saxlanılanlar arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.
09:58
Erməni fəallardan ibarət qruplar Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrini bağlayıblar.
Yerli xəbər portalları etiraz aksiyasını canlı yayımlayıblar.
Hazırda prospektlərdən biri bağlanıb, yollarda hərəkət iflic olub.
Erməni fəallar hökumət əleyhinə şüarlar səsləndirirlər.
Əraziyə polislər cəlb olunub. Polislə etirazçılar arasında qısamüddətli toqquşma da yaşanıb. Etirazçılar arasında saxlanılanlar var. Onlardan biri də Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın mətbuat katibi Sos Akopyan olub.
Mənbə: TASS

