Hadisə 

Bakıda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib – FOTO/VİDEO

Bakının Səbail rayonunda yol qəzası baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib.

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib. Nəticədə “Toyota” Bülbül prospektində olan “Nissan” markalı avtomobilə çırpılıb. “Nissan”da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Daha çox xəbərlər