Cəmiyyət 

Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın məzarı ziyarət edilib

Arəstə Baxışova Vətən müharibəsinin yeganə şəhid qadınıdır. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə aparan yaralanmış əsgərlərə ilk yardımın göstərilməsində və onların döyüş meydanından təxliyə edilməsində fəallıq göstərib və vəzifə borcunu yetirərkən həlak olub.

ARANTV.AZ xəbər verir ki, mayın 4-də doğum günü münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları onun məzarını ziyarət ediblər.

Qeyd edək ki, Arəstə Baxışova cəmiyyətin Binəqədi rayon bölməsinin tibb bacıları kursunu bitirmiş və Binəqədi rayon bölməsi İdarəetmə Şurasının üzvü olmuşdur. Ötən ilin mayında Beynəlxalq Qızıl Xaç Komitəsinin silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanların sağlamlığına, həmçinin tibb sahəsində qabaqcıl xidmət etdiyinə görə “Florence Nightingale” medalına layiq görülüb.

Daha çox xəbərlər