Gündəm 

“Azərbaycan Aİ-nin əsas ticarət tərəfdaşlarından biridir”

Azərbaycan Avropa İttifaqının (Aİ) əsas ticarət tərəfdaşlarından biridir.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.

“Azərbaycan Aİ-nin əsas ticarət tərəfdaşlarından biridir və ixracın 51 faizi onun payına düşür”, – səfir deyib.

O əlavə edib ki, ticarət dövriyyəsi göstəriciləri pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb və gələcək artım üçün potensial da mövcuddur.

P.Mixalko bildirib ki, ötən ildən Aİ ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmlənib və bu, Şarl Mişelin, Oliver Varheyinin və əlbəttə ki, Prezident İlham Əliyevin “Şərq tərəfdaşlığı” sammitində iştirak etmək üçün səfərləri ilə ifadə olunub.

Daha çox xəbərlər