Hadisə 

Azərbaycanda dəhşətli QƏZA: Yük maşınları toqquşdu, ölənlər var – TƏFƏRRÜAT – YENİLƏNİB + FOTO

Şəmkirdə baş verən qəzanın təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb və o qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər ölüb. Hadisəyə səbəb kimi Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir.

 

20:05

Şəmkir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə “Kazımov yolu” adlanan ərazisində qeydə alınıb.

Belə ki, iki yük maşınının toqquşması nəticəsində, 2 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər