Cəmiyyət 

BQXK azad edilmiş ərazilərdə 346 əməliyyat aparıb

“2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb”.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə Komitənin 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.

Bildirilib ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb:

“347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə nağd pul yardımı edilib”.

Daha çox xəbərlər