BQXK: “Qarabağ müharibəsi ilə bağlı saxlanılan şəxslərə ötən il 94 başçəkmə olub”
“2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Qarabağ müharibəsi ilə bağlı saxlanılan şəxslərə 94 başçəkmə həyata keçirilib”.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.
Bildirilib ki, bu başçəkmələr zamanı 25 azadlıqdan məhrumetmə yerində həyata keçirilib:
“Əcnəbi məhbusların vətənlərindəki ailələrinə zəng edə bilmələri üçün 1 760 telefon kartı verilib”.
Qeyd edilib ki, erməni əsilli saxlanılan şəxslər üçün bilavasitə zənglər, eləcə də məktub və video ismarışların ötürülməsi təşkil edilib.

