Cəmiyyət 

“Gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək” – RƏSMİ

“Bundan sonra “Əmək və Məşğulluq” altsisteminə daxil olan bütün vakansiyaların hər birini sistemdə görə biləcəyik”.

ARANTV.AZ xəbər verir ki, bunu Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında bildirib:

“İş axtaran özü haqqında bütün məlumatları qeyd edəcək, işə götürənlər də ona lazım olan bütün kriteriyaları daxil edəcək. Bundan sonra insan amili olmadan iş axtaranlar şəffaf şəkildə istədikləri işi tapa biləcəklər. “Əmək və məşğulluq” alt sistemi vasitəsilə 100 minə yaxın vakansiya real vaxt rejimində toplanacaq və bu bizə imkan verəcək ki, işsiz şəxslər işlə təmin olunsunlar.

Bu sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək. Əmək bazarının bütün meyilləri formalaşacaq. M.Abbasbəyli virtual peşə hazırlığı mərkəzinin yaradıldığını da qeyd edib. O deyib ki, isanlar hər hansı yerə getmədən peşə seçə biləcəklər .

Daha çox xəbərlər