Cəmiyyət 

Bu çağırışçılara möhlət veriləcək

Adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək.

ARANTV.AZ  xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin möhlət hüququ təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Daha çox xəbərlər