Gündəm 

Qadınların pensiya yaşı aşağı salınsın – TƏKLİF

Qadınların pensiya yaşı aşağı salınmalıdır.

ARANTV.AZ-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Pensiya yaşının aşağı salınması gənc xanımların da işə marağını artıracaq”, – deyə o əlavə edib.

Millət vəkili bildirib ki, bu gün icra strukturlarındakı vəzifələrdə kişilər üstünlük təşkil edirlər.

“Biz qadınlarla bağlı sosial siyasətə yenidən baxmalıyıq. Ölkədə qadınların ictimai-siyasi həyatda rolu artsa, bu, bizim daha sivil cəmiyyət kimi formalaşmağımıza yardım edəcək”.

Daha çox xəbərlər