Region Xəbərləri 

Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

İclasda Başçı Yanında Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyə sədrləri, rayonun xidmət sahələrinin və rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri, bir qrup ictimai fəallar; ağsaqqal və ziyalılar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan xalqının Ümummlli Lideri, Müasir və Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin xalqına həsr olunmuş mənalı ömür yoluna və dövlət idarəçiliyi fəaliyyətinə nəzər saldı, bu il Ümummilli Liderimizin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə ümumrayon tədbirlərinin keçirilməsini vurğuladı və Prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi, davamlı dəstəyi və aparılan kompleks islahatların sayəsində ölkəmizin yeni rekordlara imza atmasını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə, Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Şanlı Vətən müharibəsi ilə azad edilmiş torpaqlarımızda genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin aparıldığını, Ölkə Başçısının bölgələrə vaxtaşırı səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməsi, sahibkarlığın inkişafına və işsizliyin aradan qaldırılmasına yönəldilmiş bir sıra qlobal layihələrin həyata keçirilməsinin qarşıda duran vəzifələri icra etməyə imkan verdiyini qeyd etdi.
Şura iclasında, “Goranboy rayonunda əhalinin siyahıya alınması ilə bağlı görülmüş işlər”, “kənd təsərrüfatı işlərinin gedişi və bələdiyyə mülkiyyətinrə aid torpaq sahələrinin istifadə vəziyyəti”, “qanunsuz tikililərlə bağlı görülmüş tədbirlər” və “rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə və şikayətlər” barədə məsələlər geniş müzakirə edildi.
Müzakirələr və çıxışlar zamanı qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsi” tələbini əsas tutaraq, vətəndaş müraciətlərinə baxılması, xüsusən də, Şəhid ailələri və Qazilərimizin problem və sosial qayğılarının obyektiv araşdırılması, bu sahədə operativlik, obyektivlik və şəffaflığın təmin edilməsi daim diqqətdə saxlanılıb.
Tədbirin sonunda rayon məhkəməsinin sədri İsmayıl Abdurrəhmanlıya, yaşa görə əmək pensiyasına çıxması ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı və bəzi qeyri-hökumət təşkilatlarının təşəkkürnamələri təqdim edildi.

Daha çox xəbərlər