Region Xəbərləri 

Ağsuda Ulu Öndərə həsr olunmuş sərgi.

Ağsu rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərginin iştirakçıları əvvəlcə Ulu Öndərin heykəli önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. Sonra gənc istedadların Ulu Öndərə həsr etdikləri sərginin təqdimatı olub. Sərgidə əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılamaq, onların bədii-estetik zövqünü və yaradıcı düşüncəsini inkişaf etdirməkdən ibarətdir. Sərgidə rayon məktəblilərinin, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin, həvəskar gənc rəssamların və tədbirə dəvət olunan Kürdəmir regional “Asan Xidmət” Mərkəzinin könüllülərinin, təsviri incəsənət, dekorativ tətbiqi sənət, bədii-tikmə sahələrindən ibarət 100-dən çox əl işləri nümayiş olunub.

Daha çox xəbərlər